Türkiyənin təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində Diyarbakir vilayətinin Licə, Hani və Silvan rayonlarında PKK terror təşkilatına məxsus 4 sığınacaq və 6 mağara aşkar olunub.
Elitinfo.az xəbər verir ki, üç gün əvvəl başlanan antiterror əməliyyatı dekabrın 4-də başa çatıb. Bildirilir ki, terror düşərgəsindən çox sayda silah və sursatla bərabər, 264 kiloqram narkotik vasitə aşkarlanıb.

Kayseridə isə FETÖ/PDY terrorçu qruplaşmasına qarşı əməliyyat keçirilib, 51 nəfər həbs olunub.