“Azərbaycanın səsi” yarışmasının ötən gün baş tutan buraxılışında Xalq artisti Nazpəri Dostəliyeva ilə əməkdar artist Elza Seyidcahan arasında qalmaqal yaşanıb.

Elitinfo.az xəbər verir ki, E.Seyidcahanın çıxışları Nazpərini əsəbiləşdirib. O, münsif kürsüsündə oturan və iştirakçıları tənqid edən həmkarına bunları deyib: “Gecənin bu saatında uşaqları bura yığmışıqsa, onlardan danışaq. Burada pafoslu çıxışlar lazım deyil. Onlar universitetə gəlməyiblər. Bir-birimizə hörmət etməliyik. Bir də hörmətsizlik görsəm, gedəcəm buradan. Hər kəsin kim olduğu bəllidir. Mən hər kəsdən üstünəm demək olmaz. Qarşımdakını savadsız, aşağı görməyi kənara qoyaq”.

Elza isə daha sonra Nazpərini tənqid edib: “Nazpəri xanım hamının tələbəsini dedi, mənimkin yox. Mənim elə ilk tələbəm Nazpəri olub. Konservatoriyaya gələndə Ramiş Mirişlidən və məndən oxuyub. Təzə səhnəyə gələndə mənim “Qadasını aldığım” və “ Ömrümdən getmə” mahnılarımı ifa edib. Mənim tələbələrim Elnur, Samir, Rüstəm, göz qabağındadılar. Sizdən gözləməzdim, üstünüzdə əziyyətim olub. Siz mənə bir qəpik də pul ödəməmisiz. İki mahnı vermişəm sizə. Yanımda özünüzə bahalı ətirlər almısız. Mənə pul verən, səhnəyə çıxaran Brilliant Dadaşova olub. Siz mənə etməmisiz, tələbəyə nə edəcəksiz? Toydan gəlib səhnəyə çıxanda mənim mahnımı oxudunuz”.

Dostəliyeva “Mən bazar adamları ilə otura bilmərəm” deyərək, yarışmadan gedib.