Noyabrın 29-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Bilik əsaslı iqtisadiyyata keçid: Potensial imkanlar” mövzusunda forum başlayıb.
Forum UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE) və Yüksək Texnologiyalar Parkının birgə əməkdaşlığı, “Bank Respublika”nın maliyyə dəstəyi ilə təşkil olunub.
Forumda UNEC-in rektoru, professor Ədalət Muradov bilik əsaslı iqtisadiyyata keçidin əhəmiyyətindən danışıb. Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli və “Bank Respublika”nın baş direktoru Elşad Vəliyev isə universitet-dövlət-sənaye əməkdaşlığının aktuallığından və mümkün inkişaf perspektivlərindən bəhs ediblər.