Ermənistan paytaxtında növbəti etiraz aksiyası keçirilir. Elitinfo.az-ın məlumatına görə, “Art Svit” kompaniyasının 200-dən artıq əməkdaşı aksiyada iştirak edir. Onlar əmək haqlarının verilməsini tələb edirlər. 29 noyabrda Malatia-Sebastiya rayonundakı Tıçina küçəsinə çıxan etirazçılar kompaniyanın yerləşdiyi ofisin önünə toplaşıb tələblərini səsləndiriblər. Onların dediyinə görə, bəziləri 3, bəziləri 5 aydır əmək haqqı ala bilmir. Bir çoxları bank borclarının olduğunu bildirib və qeyd ediblər ki, aylardır müdiriyyət onları aldadır.
Hazırda direktor Manvel Karibyanla danışırlar gedir.