“Biz öz səhvlərimizi və imkanlarımızı nəzərə almışıq. Çempionlar Liqasında qol imkanlarımız çox olsa da, bundan az istifadə etmişik. Müdafiədə isə bir neçə səhv etmişik ki, onları Çempionlar Liqasında bağışlamırlar”.
Elitinfo.az.az-ın məlumatına görə, bu sözləri Moskva “Lokomotiv”inin baş məşqçisi Yuri Syomin Çempionlar Liqasının qup mərhələsinin 5-ci turunda sabah “Qalatasaray”la keçiriləcək oyun öncəsi təşkil edilən mətbuat konfransında deyib.

“Qəbələ”nin sabiq çalışdırıcısı rəqib haqda danışarkən komandanın baş məşqçisi Fatih Terimin hiyləgər olduğunu bildirib: “Qalatasaray”ın son oyununa baxıb, ona əsasən hazırlaşacağıq. Rəqib meydana 4 müdafiəçi və ya üç mərkəz müdafiəçisi ilə çıxa bilər. Onlar hər iki variantda pis oynamır. Amma Terim çox hiyləgər adamdır, onun taktikasını əvvəlcədən bilmək mümkün deyil”.

Qeyd edək ki, bu gün Moskvada keçiriləcək “Lokomotiv” – “Qalatasaray” oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.