“Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Psixoloqların rolunu gücləndirilməklə uşaq hüquqlarının müdafiəsinin təşkili” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi postmüharibə dövründə müharibənin təsirlərinə məruz qalan bölgələrdə psixoloqların bilik və bacarıqlarının artırmaqla, uşaqlara keyfiyyətli psixoloji dəstək göstərmək, uşaq hüquqlarının qorunması və təbliğində  psixoloqlarıinn rolunu gücləndirməkdən ibarətdir.

Layihə çərçivəsində  Ağdam və Ağcabədi rayonunda psixoloqlar üçün seminarlar həyata keçirilmişdir. Seminarlarda rayon  icra hakimiyyətinin, təhsil şöbəsinin, Sosial Xidmətlər Agentliyinin məsul şəxsləri iştirak etmiş, layihə çərçivəsində  seminarların postmüharibə dövründə keçirilməsinin xüsusi əhəmiyyətini qeyd ediblər.

Seminarı giriş sözü ilə təşkilatın sədri Zaur Quliyev açaraq layihənin məqsəd və  vəzifələri haqqında məlumat vermiş, seminar iştirakçılarına uğurlar arzulamışdır. Layihə rəhbəri  tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov “Psixoloqların rolunu gücləndirilməklə uşaq hüquqlarının müdafiəsinin təşkili” layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər haqqında geniş məlumat vermiş, Vətən müharibəsində qələbəmizin qazanılmasında igid oğullarımızın qəhrəmanlığından söz açmış, post müharibə  dövründə psixoloqların üzərinə ciddi vəzifələrin və  məsuliyyətlərinin olduğunu bildirib.

Layihə üzrə ekspert, psixologiya üzrə  fəlsəfə doktoru, psixoloq Elmira Mirzəyeva seminarlar zamanı müharibənin təsirlərinə məruz qalmış rayonlarda  postmüharibə  dövründə  uşaqların psixoloji durumu, Vətən müharibəsinin gedişində  müharibənin acı  nəticələri ilə üzləşmiş uşaqlarda yaranmış stress və  gərginlik fonunda  uşaqlara psixoloji dəstəyin həyata keçirilməsində psixoloqların rolunun gücləndirilməsinin zəruriliyi, şəhid və  qazı övladlarına göstərilən psixoloji xidmətlər  və  uşaqların asudə vaxtının və sosial mühitə inteqrasiya olunmasıın təşkilində məktəb psixoloqunun və  uşaq birliyinin rolu məsələləri mövzusunda təqdimatlar etmiş və  mövzu ətrafında müzakirələr aparılıb.

Layihənin davamlılığı olaraq ekspertinin mentor dəstəyi ilə Seminarlarda iştirak etmiş psixoloqların hər birinin öz yaşadığı və  fəaliyyət göstərdiyi  icmada “1 iyun- Uşaqların Beynəlxalq müdafiəsi günü” münasibətilə tədbir və  psixoloji yardım günlərinin təşkil olunması nəzərdə tutulur

Seminar iştirakçıları olan psixoloqlar  vacib və  aktual layihəni dəstəklədikləri üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürlərini  bildirmiş, gələcəkdə belə layihələrin davam etdirilməsinin faydalı, maraqlı olmaqla bərabər, gələcəyimiz olan uşaqların təhlükəsiz, psoxoloji və emosional baxımdan sağlam böyüməsində  mühüm rolu olduğunu ifadə etmişlər.

Növbəti seminarlar  Tərtər, Goranboy və Göygöl rayonlarda həyata keçiriləcəkdir.

 

Elitinfo.az