Xalq artisti Azərin Türkiyənin məşhur serialında çəkilib.  Elitinfo.az xəbər verir ki,  sənətçi Fox TV-də yayımlanan “Savaşçı” serialında yer alıb. O, ekran işində müğənni obrazında əsgərlər qarşısına çıxıb.
Ötən günki bölümdə oynayan Azərin əsgərlərin qarşısınada “Çırpınırdı Qara dəniz” mahnısını səsləndirib. İfasının sonunda müğənni “İnşaAllah, bir gün Azərbaycan bayrağını Qarabağdan asacağıq” sözlərini deyib.
Azərinin sözügedən görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanaraq paylaşılıb.

Qeyd edək ki, sözügedən serialda aktyor-rejissor Kənan Mahmudov da rol alır. O, filmdə türk ordusunda xidmət edən azərbaycanlı zabit obrazını canlandırır.