İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib.

Muzeydən Elitinfo.az-a-a bildirilib ki, qonağa ekspozisiyada nümayiş olunan xovlu və xovsuz xalçalar, xalça məmulatları, milli tikmə, bədii metal, geyim və zərgərlik nümunələri barədə ətraflı məlumat verilib.

Muzeyin tarixi, fəaliyyəti, kolleksiyaları, Azərbaycan xalça sənəti ilə yaxından tanış olan nazir buradan xoş təəssüratlarla ayrılıb.