Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Agentlikdən Elitinfo.az-a bildiriblər ki, iclasda QHT sektorunun ümumi vəziyyətinin qiymətləndirilməsi üzrə Konsepsiya Sənədi layihəsi məsələsinə baxılıb, müzakirələr aparılıb. Gündəlikdə, eyni zamanda, Agentliyin kənar auditorununun təyin edilməsinə dair Müşahidə Şurasının 2022-ci il 21 yanvar tarixli qərarının icrası haqqında məsələlər öz əksini tapıb.

Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.