Bu məqsədlə QHT yeni layihənin icrasına başladı

“Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “İşğaldan azad olunmuş ərazilərin iqtisadi potensialın öyrənilməsi və inkişafında ictimai təşəbbüslərin dəstəklənməsi” layihəsi çərçivəsində Biləsuvar rayonunda məskunlaşan Cəbrayıl rayonu sakinləri ilə görüş keçirmişdir.

Tədbir 30 ildən artıq məcburi köçkün həyatı yaşayan cəbrayıllıların Böyük Qayıdış prosesinə ön hazırlığı məqsədi ilə təşkil edib.Tədibirdə Cəbrayıl rayonundan məcburi köçkün düşən şəxslərlə yanaşı, aidiyyatı qurumların, o cümlədən, Cəbrayıl Dövlət Aqrar İnkişaf Mərkəzinin səlahiyyətli şəxsləri iştirak edib.Tədibir iştirakçılarını salamlayan DAİM-in direktoru Şahin Şirinov Cəbrayıl rayonun iqtisadiyyatı, işağaldan əvvəl rayonda təşəkkül tapmış əsas fəaliyyət istiqamətləri, potensial fəaliyyət sahələri haqqında məlumatlar verdikdən sonra tədbiri açıq elan etdi.

Tədbiri salamlama və layihə haqqında ilkin məlumatlandırma nitqi ilə başlayan “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İB-nin sədri Rahilə Mehdiyeva layihənin əhəmiyyətini nəzərə alaraq onun maliyyələşdirilməsinə dəstək verdiyi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi başda olmaqla bütün aidiyyatı təşkilatlar minnətdarlığını bildirdi. Birliyin sədri iştirakçıları təqdim etdikdən sonra sözü layihənin icrasına cəlb edilən ekspert Rəşad Həsənova verdi.

Geniş təqdimatla çıxış edən Rəşad Həsənov işğaldan azad edilən ərazilərin, o cümlədən Cəbrayıl rayonun mövcud resursları, iqtisadi fəaliyyət imkanları, məşğulluq və sahibkarlıq fəaliyyətini dəstəkləyən faktorlar, hökumətin bu istiqamətdə atdığı addımlar və planlaşdırılan dəstək mexanizmləri, potensial inkişaf istiqamətləri, rayon iqtisadiyyatının sosial-iqtisadi reinteqrasiyası prosesinin mümkün senarilər, biznes infrastrukturu və sahibkarlıq mühiti haqqında araşdırma nəticələrini maarifləndirmə məqsədi ilə iştirakçıların diqqətinə çatdırmışdır.

Daha sonra isə tədbir müzakirə və sorğu-sual formatında davam etdirildi. Cəbrayıl sakinlərin öz doğma yurdlarına qayıdacaqları günü həsrətlə gözlədiklərini bildirdikdən sonra, iştirakçı Məhərrəmov Ramil söz alaraq Cəbrayılda sahibkarlığın dəstəklənməsində faizsiz kreditləşdirmənin vacibliyini xüsusi ilə vurğuladır. Cəbrayıl yaron sakinləri Bəyişov Siyavuş, İbrahimov Allahverdi, Fətullayev Sarvan, Xankişiyev Payızxan, Atakişiyev Zakir biznes planın hazırlanması, işğaldan azad edilən ərazilərdə sahibkarlıq fəaliyyətinə başlamağın indiki halda mümkün yolları,Araz Vadisi İqtisadi Zonasının fəaliyyəti istiqamətləri haqqında suallar səsləndirdilər.

İki saat davam edən tədbir tədbirə ev sahibliyi edən təşkilatın sədri Rahilə Mehdiyevanın ümumiləşdirici və minnətdarlıq nitqi ilə sonra çatmışdır.