8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə bayram tədbir keçirildi.

Elitİnfo.az xəbər verir ki, müəllim və şagirdlərin iştirakı ilə keçirilən tədbiri Peşə Təhsil Mərkəzinin direktoru Zülfüqar Əsgərov girirş sözü ilə açaraq, Azərbaycanın qazandığı bütün böyük uğurlarda qadınların misilsiz xidmətləri olduğunu, Azərbaycan qadınlarının mərdlik və mətanət nümayiş etdirərək, yurdumuzun hər qarışını canından əziz bilən vətənpərvər nəsil yetişdirməsi, insan cəmiyyətində qadınlarımızın rolu və əhəmiyyətini vurğuylayaraq, qadınıarı bayram münasibəti ilə təbrik etdi.

Sonra tədbir təşkilatçılarından QHT sədri Ailə, Qadın və Uşaq Problemləri ürə Dövlət Komitəsi yanında İctimai Şuranın sədr müavini Rahilə Mehdiyeva Azərbaycan Dəmir Yolları QSC-nin şöbə müdiri İradə Əliyeva, mühəndis Lalə Rzayeva, Bakı Metro Politenin QSC-NİN Təlim-Tədris mərkəinin mütəxəssisi, Qalib Muradlı və digərləri cıxış edərək,qadınları bayram münasibəti ilə təbrik edərək, fəaliyyətlərində uğurlar arzuladılar. Tədbir mərkəzin yaradıcı şagirdlərinin iştirakı ilə ser və musiqi ilə davam etdirildi.

 

Rahilə İbrahimqızı