Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bölgələrdə tədbirlər keçirilib
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları tərəfindən törədilən, bəşəriyyət tarixinin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımından 30 il keçir.
İldönümü ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən anım tədbirləri keçirilib.
 Elitinfo.az xəbər verir ki, Mərkəzlərdə, eləcə də təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində baş tutan tədbirlərdə qazilər, şəhid ailəsi üzvləri, könüllülər, gənclər, məktəbli və müəllimlər iştirak ediblər. Mərkəz əməkdaşları Xocalıdan olan məcburi köçkünlərin ailələrini ziyarət edib, qayğıları ilə maraqlanıblar.
Tədbirlər zamanı faciə qurbanlarının, o cümlədən ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi yad olunub, uşaqların ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, səhnəciklər təqdim olunub, əl işlərindən ibarət sərgi nümayiş etdirilib.