Bosniya və Herseqovinanın QHT nümayəndələri Azərbaycanda fəaliyyət göstərən bir qrup QHT rəhbərləri-qadınlarla görüşüblər.
 Elitİnfo.az xəbər verir ki,Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Bosniya və Herseqovinanının QHT nümayəndələri ölkəmizdə fəaliyyət göstərən bir qrup qadın QHT rəhbərləri ilə görüşüblər.
Bir 9 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 11 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilərBir 5 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 8 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar, ofis və içəridə şəkili ola bilər
Görüşün məqsədi Xocalı və Srebrenitsa soyqırımları, soyqırım qurbanları, qarşılıqlı əlaqəlar və iş təcrübəsi haqqında fikir mübadiləsi aparmaq olub.
Agentliyin İcraçı direktoru Aygün Əliyeva Xocalı soyqırımı haqda məlumat verdikdən sonra hər iki faciəyə hüquqi qiymət verilməsi üçün QHT-lərin birgə fəaliyyətinin əhəmiyyətindən danışıb. Hər iki ölkənin qadın QHT rəhbərlərinin həssas sahələrdə təcrübələrinin öyrənilməsinin vacibliyini qeyd edib.
Bosniya və Herseqovinanın QHT nümayəndələri elm, təhsil, mədəniyyət, sosial və media sahələrində də təcrübələrin öyrənilməsi təklifi ilə çıxış ediblər.
Görüş hər iki ölkənin QHT nümayəndələrinin gələcək fəaliyyət planlarının müzakirəsi ilə davam edib.
Rahilə İbrahimqızı