Litvanın Azərbaycandakı səfiri Eqidius Navikas Beynəlxalq Muğam Mərkəzini ziyarət edib.

Elitinfo.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov səfirə mərkəzin fəaliyyəti haqqında məlumat verib.

Görüşdə mərkəzin beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirdiyi layihələr və konsertlərdən söz açılıb. Görüş zamanı səfirliklə birgə mədəni layihələrin reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.