“Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə  “Pensiya təminatı mexanizminin yeni çağırışlara uyğunlaşdırılması, istehlak bazarı və pensiya təminatı arasında adekvatlığın gücləndirilməsi” mövzusunda iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur.

Elitİnfo.az-a “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İB-nin sədri Elnarə Məhərrəmova bildirib ki, layihəninin əsas məqsədi mövcud pensiya sisteminin yoxsulluqla mübarizə aspektindən qiymətləndirilməsi, zəif bəndlərin üzə çıxarılması və ən yaxşı beynəlxalq təcrübə nəzərə alınmaqla səmərəli həllərin təklif edilməsidir.

Layihə çərçivəsində pensiyaçıların mövcud qanunvericiliyə və onun praktiki icrasına münasibətinin öyrənilməsi, aşağıdan yuxarıya doğru islahat təşəbbüslərinin dəstəklənməsi üçün pensiyaçıların təkliflərinin toplanması və bütün əldə edilən məlumatların sistemin sağlamlaşdırılması məqsədi ilə hazırlanan təkliflərdə nəzərə alınması məqsədi ilə 4 rayonda (İmişli, Bərdə, Füzuli və Tərtər rayonu) müzakirə-dinləmə təşkil ediləcəkdir. Tədbirdə pensiyaçının və mübahisəli məsələlərin yerində aydınlaşdırılması və hökumətin cari yanaşmasının öyrənilməsi məqsədi ilə aidiyyatı qrumların təmsilçilərinin iştirakı təmin ediləcəkdir. Tədbirin paytaxt və regionlarda təşkil edilməsində məqsəd, movcud vəziyyətin icma iqtisadiyyatlarının, o cümlədən əmək bazarının, əmək haqqı səviyyəsinin fərqli inkişaf səviyyəsində olduğu bölgələrdə pensiya sisteminin təsirlərinin daha dəqiq qiymətləndirilməsidir. Layihə 4 ay davam edəcəkdir.