“Azərbaycanda xəbər sahəsi üzrə ixtisaslaşmış yeni televiziya kanalı – ARB 24 noyabrın 27-də səhər saatlarından etibarən ümumrespublika yayımında olacaq”. Elitinfo.az xəbər verir ki, Bunu ARB media qrupunun strateji inkişaf direktoru İsmayıl Həsənov deyib.
O bildirib ki, televiziya kanalı artıq fəaliyyətə başlamağa tam olaraq hazırdır.
Xatırladaq ki, yeni televiziya kanalı noyabrın 12-dən daxili test yayımına çıxmışdı.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurası 2017-ci ilin noyabrın 16-da ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) müsabiqə elan edib. Həmin ilin dekabrın 16-dək davam edən müsabiqənin qalibi “Türkel TV” MMC (ARB 24) olub. Ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.
Siyasət
Mədəniyyət
Xəbər lenti
- DİM xarici ölkələrdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirəcək
21 Sentyabr 2023 17:48 - Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə 95 ölkədən məqalə qəbul olunub
29 Avqust 2023 23:16