Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyadan Kerç boğazında saxnılmış ukraynalı hərbçilərin dərhal azad olunmasını və Kiyevə təhvil verilməsini tələb edib.

Elitinfo.az xəbər verir ki, bu bəyanatla ukraynalı lider Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının ötən gecə keçirilmiş iclasında çıxış edib.

“Mən Rusiya Federasiyasının rəhbərliyinə beynəlxalq hüquqa ziddi olaraq kobud şəkildə saxlanılmış və talelərin barədə məlumat olmayan ukraynalı hərbçilərin dərhal azad olunmasını tələb edirəm. Biz onların təcili surətdə gəmilərlə birlikdə Ukrayna tərəfinə təhvil verilməsini tələb edirik. Biz Azov dənizində və digər istiqamətlərdə vəziyyətin gərginliyinin azaldılmasını tələb edirik”, – Poroşenko deyib.