Vətən müharibəsi üzrə qələbənin birinci ildönümü ilə əlaqədar “Sübhnur” Tədris Mərkəzinin təşkilatçılığı ilə Zəfər Günü ərəfəsində “44 günlük dastan” adlı tədbir keçirildi.
Elitinfo.az xəbər verir ki, Qafqaz Busines Mərkəzində baş tutan tədbirdə dövlət himni səsləndirildikdən sonra, canlarını Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda qəhramancasına fəda etmiş vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə aparıcı qismində Sübhnur Tədris Mərkəzinin rəhbəri Gülnarə Hüseynova və aparıcı, jurnalist Sevinc Rəcəbova çıxış etmişdir. Tədbirdə söz alan Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Könül Nurullayeva, AMEA-nın filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev, Peşəyönümlü Təhsilin inkişafına dəstək İctimai Birliyinin sədri İradə Əlili, ,Ombudsman əməkdaşı, Yazıçılar Birliyinin üzvi Azadə Novruzova çıxışları ilə davam etmişdilər.
Tədbirin qonaqları olan Vətən müharibəsi qaziləri Ülvi Qədir və digər Qazilər çıxışları zamanı vətən müharibəsi ilə bağlı təəssürat və xatirələrini bölüşdülər. Eyni zamanda tədbirdə Prezident İlham Əliyevin zəfər çıxışlarından ibarət video-çarx da təqdim edilmişdir. Tədbirdə qonaqların sırasında  Ailə – uşaq psixoloqu Aytən x. Gənclər Fondunun vitse prezidenti Salman Əliyev Azərbaycan Dövlət İqtisad Universiteti UNEC Dizayn məktəbinin yaradıcılıq dərnəyinin rəhbəri Aytən müəllimə iştirak etmişlər.Foyede sərgilənən gənc dizaynerlərin əsərləri qonaqların diqqətinə cəlb olundu.

Deputat, ictimai xadimlər və qazilərlə yanaşı şəhidlərimizin bizə əmanət etdiyi ailələridə iştirak etmişdir.
Sübhnur Tədris Mərkəzinin şagirdləri və Aysu Türkel tərəfindən “Zəfər” şeiri məharətlə səsləndirilmiş tədbirin davamında isə “Xarıbülbül” musiqi qrupunun və “Qarabağ”qrupunun rəhbəri Asim Pirimov və xanəndələrin ifasında “Azərbaycan” Xudayar Təsnifi və s.musiqilər təqdim edilmişdir.
Vətən müharibəsinin qaziləri və şəhid ailələri səhnəyə dəvət edilərək onlara xalqımızın adından bir daha təşəkkür edilmiş,kitablar və təşəkkürnamə təqdim edilmişdir.
Son olaraq tədbirin təşkilatçısı, Sübhnur Tədris Mərkəzinin rəhbəri Hüseynova Gülnarə xanımın tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirməsi ilə sonlanmışdır.

 Rahilə İbrahimqızı