Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması, bunun dahi şairə hörmətin nümunəsidir.
Bu gün VIII Qlobal Baku Forumu keçirilir və dünya ölkələrinin Azərbaycana olan diqqəti və tolerant ölkəyə strateji tərəfdaşlıq maraqları artmaqdadır.
Azərbaycanın COVİD-19 pandemiyası ilə mübarizədə dünyaya təqdim etdiyi pozitiv nümunə oldu.
Bu fikirləri  Elitinfo.az -a  QHT sədri  Zülfiyyə Nuriyeva  bildirərək,qeyd etdi ki, ölkəmizdə nümunəvi karantin qaydaları, pandemiya dövründə modul tipli xəstəxanaların açılması, vətəndaşlara dövlətin diqqət və qayğısı, insan ölümlərinin virusdan məhv olma statistikasının az olması, ÜST-ə Azərbaycanın maliyyə dəstəyi, 3-cü dövlətlərə vaksin, ərzaq, tibbi ləvazimat dəstək göstərməsi, Azərbaycanın mükəmməl mənəvi dəyərlərə sahib olmasından, digər dinlərə etimadından, sülhsevər, dostluq tərəfdarı olmasını bir daha sübut etmişdir. Qoşulmama hərəkatına rəhbərlik etməklə dünyada və regionda sülhün, barışın, qarşılıqlı əməkdaşlığın tərəfdarı olduğunu Cənab Prezident İlham Əliyev çıxışlarında vurğulamışdır. Azərbaycan digər xalq və dövlətlərə qarşı hörmət nümunəsi olmuşdur.
Pandemiyanın davam etdiyi vaxtda Ermənistan tərəfindən atəşkəsin pozulması ilə 27 sentyabrda başlayan Vətən müharibəsi  Azərbaycan Prezidenti Ali Baş Komandanın uğurlu siyasəti, beynəlxalq qaydalara əməl edərək tarixi, əzəli torpaqlar uğrunda savaşa qalxdı.
Azərbaycan eyni vaxtda Dünyanı cənginə alan pandemiya və 30 il torpaqlarımızı işğal altında saxlayan Ermənistan ordusuna qarşı mübarizə apardı.
Azərbaycan dünyada işğal edilmiş ərazilərini geri qaytaran, Ən yeni tarixin, şərəf səhifəsini yazan Ölkə və Dövlət olaraq tarixin yaddaşına həkk oldu.
Ali Baş Komandan Cənab İlham Əliyevin “Dəmir Yumruq” siyasəti, Müzəffər Azərbaycan Ordusunun və Güclü Azərbaycan Xalqının birliyi sayəsində Qarabağ Azərbaycandır!