Mədəniyyət Nazirliyinin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Zemfira Hüseynbəyli vəzifəsindən azad olunub.

Məlumatı Elitinfo.az-a Mədəniyyət Nazirliyindən təsdiqləyiblər.

Z.Hüseynbəylinin öz ərizəsi əsasında işdən ayrıldığı bildirilib.

Qeyd edək ki, Zemfira Hüseynbəyli ötən ilin sentyabr ayında bu vəzifəyə təyin edilmişdi.