AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru filologiya elmləri doktoru Paşa Kərimov “BİLGESAM” Strateji Araşdırmalar Mərkəzinin Qars müqaviləsinin 100-cü ildönümünə həsr etdiyi növbəti onlayn panelə qatılıb.

İnstitutdan  bildirilib ki, P.Kərimov “Qars müqaviləsindən sonra Azərbaycan–Türkiyə ədəbi əlaqələri” mövzusunda məruzə edib. Məruzədə Azərbaycan və Türkiyənin daha da yaxınlaşmasında həmin müqavilənin böyük əhəmiyyətə malik olduğu vurğulanıb. Qeyd edilib ki, XX əsrdən başlayaraq azərbaycanlıların dünya ədəbiyyatı ilə tanış olmasında məhz türk ədəbiyyatının, Türkiyədən gələn kitabların böyük rolu olub.

P.Kərimov, həmçinin I Dünya müharibəsi zamanı Türkiyə və Azərbaycan əhalisinin qardaşlaşmasına səbəb olan amillərdən danışıb, türkiyəli əsirlərə azərbaycanlı ziyalıların qayğı göstərməsi məsələsinə toxunarkən Nəriman Nərimanovun fəaliyyətini xüsusi qeyd edib.