Bu ilin on ayında ölkənin toxuculuq sənayesində, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 269,2 milyon manat dəyərində məhsul istehsal edilib.

Elitinfo.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildiriblər ki, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə bu ilin on ayında toxuculuq sənayesində 48,8 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 35,6 faiz artım müşahidə olunub.