İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni üzvlərinin namizədlikləri irəli sürülüb.

Elitinfo.azın məlumatına görə, Milli Məclisin Mədəniyyət komitəsinin 2021-ci il 6 oktyabr tarixdə videokonfrans formatında keçiriləcək iclasının gündəliyinə “İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi” daxil edilib.

Namizədliyi irəli sürülən şəxslər aşağıdakılardır:

 

Sahibkarlar Şurası tərəfindən:

Zeynalov Vüqar Eldar oğlu – Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse prezidenti;

Abdullayeva İlhamə Xanlar qızı – Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Gənclər təşkilatları tərəfindən:

Əliyev Azər Ruslan oğlu – Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri;

Axundova Ülviyyə Süleyman qızı – “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri.

Qadın cəmiyyətləri tərəfindən:

Yusifova Sevil Şərif qızı – Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti;

Mansurova Zərəngiz Dəmirçi qızı – Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Qadınlar Şurasının sədr müavini.