Ailə,Qadın, Uşaq Problemləri Dövlət Komitəsi yanıda İctimai Şuranın üzvü,  “Sosial İqtisadi və Ekoloji İnkişaf ”  İctimai Birliyinin sədri Rahilə Mehdiyeva,  region şöbəsi nümayəndələri Komitə və  BMT –nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə Tərtər rayonunda yaradılan   İcma Resurs Mərkəzində əməkdaşlarla görüş keçiriblər. Görüş zamanı Tərtər İcma Resurs Mərkəzinin koordinatoru Mərziyyə Qəndilolva mərkəzin fəaliyyəti ilə bağlı geniş məlumat verərək bildirib ki,ən vacib ehtiyacları olan vətəndaşların müraciətlərini qəbul edir, qadın, uşaq və əlilliyi olan şəxslərə hüquqi və psixoloji dəstək göstərilir.O,qeyd etdi ki, müaciət edən əlilliyi olan şəxslərə və şəhid ailələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon nümayəndəliyi ilə əməkdaşlıq edərək, onlara psixoloji yardımlar göstərilir. Eyn zamanda artıq yeni sahibkarlıqla məşğul olmaq istəyən qadınlarımız öz bizneslərini inkişaf etdirmək üçün bizə müəyyən təkliflərlə də müraciət edirlər. M.Qənmdilova regionlarda İcma Mərkəzlərinin yaradılması vətəndaşların   sosial vəziyyətinin yaxşılaşdırılmasında çox mühüm olduğnu vurğuladı.