Daşkənddə keçirilən “Mərkəzi və Cənubi Asiya: regional qarşılıqlı əlaqə. Çağırışlar və imkanlar” adlı beynəlxalq konfrans çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib.

Elitinfo.az xəbər verir ki, görüşdə Özbəkistanla Azərbaycanın qarşılıqlı faydalı əməkdaşlığının inkişaf perspektivləri, ölkələrimiz arasında sıx dostluq münasibətlərinin möhkəmləndirilməsi məsələləri müzakirə olunub.

Söhbət zamanı ticarət, sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika, həmçinin mədəni-humanitar mübadilə proqramlarının həyata keçirilməsi məsələləri barədə də danışılıb.

Görüşdə növbəti sammitə hazırlıq çərçivəsində Özbəkistan-Azərbaycan Birgə Əməkdaşlıq Komissiyasının və İşgüzar Şuranın yüksək səviyyədə iclasının keçirilməsi, birinci Regionlararası Forumun təşkili ilə bağlı razılıq əldə olunub.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də görüşdə iştirak edib.