Serbiyanın əmək, məşğulluq, veteranlar və sosial işlər naziri Darija Kisiç Tepavçeviçin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub. Onlar Mərkəzdə ulu öndər Heydər Əliyevin irsi, Azərbaycanın tarixi və mədəniyyətini, incəsənətini əks etdirən eksponatlar və virtual sərgilərlə tanış olublar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Elitinfo.az-a verilən məlumata görə, nümayəndə heyəti 4 saylı DOST mərkəzində əhaliyə müasir əsaslarla, şəffaf və operativ şəkildə, vətəndaş məmnunluğu prinsipi ilə göstərilən xidmətlərlə maraqlanıblar.

Qonaqlara Azərbaycanın DOST konsepsiyası, DOST mərkəzlərinin dövlət sosial xidmətlər sektoruna gətirdiyi əsaslı keyfiyyət dəyişikliyi və innovativ üstünlüklər barədə məlumat verilib.