Türkiyənin Konya şəhərində müxtəlif ölkələrdən və NATO-dan olan uçuş heyətlərinin iştirakı ilə keçirilən “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi çərçivəsində Türkiyənin aparıcı şirkətlərinin hərbi məhsulları açılan sərgidə nümayiş etdirilir.

Elitinfo.az  xəbər verir ki, sərgidə silah-sursat, avadanlıq, texnika və onların maketləri nümayiş olunur. Təlimlərin kütləvi informasiya vasitələrinə açıq hissəsində həmin məhsullar böyük maraqla qarşılanıb. Sərgidə daha çox diqqət çəkən məhsullardan biri də 44 günlük Vətən müharibəsində Şanlı Qələbənin qazanılmasında mühüm yeri olan Türkiyənin pilotsuz uçuş aparatlarıdır.