Bu ilki bayram ovqatımıza başqa bir ruh yüksəkliyi qatıb.Çünki 44 günlük Vətən savaşı bizi başıuca etdi.Artıq bütün dünyada qalib xalq kimi tanıtdı,şəhidlərimizin qisasın döyüş meydanında aldıq.Tarixi ədalət bərpa olundu.

Bu gün böyük qürur hissi ilə deyə bilərik ki,biz Silahlı Qüvvələr Gününü biz Müzəffər ordu,qalib xalq kimi qeyd edirik.Bu,tarixi nailiyyətdir.Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır.Ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə biz xalqımızın birliyinə nail olduq.Əldə olunmuş Qələbə ədalətin təntənəsidir.Bu tarix xalqımızın ürəyində əbədi yaşayacaqdır.Bu bizim qürurumuzun,milli ləyaqətimizin təntənəsidir.Artıq Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur.Bu münaqişə tarixə qovuşdu.Ermənistan bunu olduğu kimi qəbul etməlidir.Ermənistan tam dərk etməlidir ki,biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz.

Bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi.

Ölkəmizin iqtisadi potensialı qələbəni təmin edən əsas amillərdən biri oldu.Bu gün iqtisadi göstəricilərə görə Azərbaycan dünyada aparıcı yerlərdədir.

Müharibədən cəmi 7 ay keçməsinə baxmayaraq böyük işlər görülüb.Misli görünməmiş bərpa işləri aparılır.Bugünki Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki kimi qüdrətli olmamışdır.Uğurun əsas amili isə xalq-iqtidar birliyidir.Müharibə və onun nəticələri bir daha xalq-iqtidar birliyini və qarşılıqlı inamını nümayiş etdirdi.”Dəmir Yumruq” düşmənin başını əzdi və Ali Baş Komandanın hər zaman vurğuladığı kimi bu gün də yerindədir və düşmən baş qaldırarsa,onu əzəcəkdir.

Çingiz Dadaşov, Nəsimi                                                   Rayon sakini,ehtiyatda olan                                                    zabit