Türkiyənin “Müstəqil Sənayeçi və İş adamları Dərnəyi”nin üzvləri (“MUSİAD Azərbaycan”) Gəncə şəhərinə gəlib.

Qonaqlar əvvəlcə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüblər.

Görüşdə “MUSİAD Azərbaycan”ın türk iş adamlarının Gəncəyə investisiya qoymasına tərəfdar olduğu bildirilib.

Daha sonra qonaqla ötən il Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin Gəncə şəhərinə atdığı raket nəticəsində dinc sakinlərin həlak olduğu və dağıntıların baş verdiyi ərazidə olub, həyatını itirmiş insanların ruhuna ehtiram əlaməti olaraq əraziyə güllər düzüblər. Onlara müharibə zamanı baş vermiş hadisə ilə bağlı məlumatlar verilib.

“Müstəqil Sənayeçi və İş adamları Dərnəyi”nin üzvlərinin Heydər Əliyev Mərkəzində, burada fəaliyyət göstərən türk iş adamları ilə görüşücəyi də gözlənilir.