Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) rəhbərliyi arasında görüş keçirilib. Görüşdə İctimai Şuranın sədri Şahlar Əsgərov, şuranın üzvləri və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəhbər heyəti iştirak edib.

İctimai Şuradan Elitinfo.az-a bildirilib ki, keçirilən görüşün məqsədi Agentliyin fəaliyyəti barədə şuranı məlumatlandırmaq və onun fəaliyyəti ilə bağlı ictimaiyyətin rəylərini öyrənməkdən ibarət olub.

Görüşdə Agentliyin İdarə Heyətinin sədri Eldar Orucov TKTA-nın fəaliyyəti barədə təqdimat edib. O, İctimai Şuranın üzvlərinə cari il ərzində görülən işlər barədə hesabat verib. Daha sonra, İctimai Şuranın üzvlərinin hər birinin sualları aidiyyəti üzrə sədr tərəfindən cavablandırılıb. Görüşdə şuranın sədri, professor Şahlar Əsgərov, sədr müavini Nadir İsrafilov, məsul katibi İlqar Orucov, şura üzvləri Etibar Əliyev, Asif Cahangirov, Ülviyyə Mikayılova, Mirzə Cəfərzadə Agentliyin fəaliyyət istiqamətlərinə dair rəy və tövsiyyələrini verərək ictimaiyyəti maraqlandıran məsələlərə toxunublar.

İclasda TKTA və İctimai Şura arasında əməkdaşlığın davam etdirilməsi qərara alınıb