Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Avropa çempionatının A qrupunun Türkiyə – Uels matçını izləyir.

Elitinfo.az xəbər verir ki, qarşılaşma Bakı Olimpiya Stadionunda keçirilib.

Qeyd edək ki, Uels seçməsi iyunun 12-də İsveçrə ilə heç-heçə edib – 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub – 0:3.