Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Kəlbəcər rayonunun Çəpli kəndinin videogörüntülərini paylaşıb.

Elitinfo.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.

Çəpli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı Qələbəsi nəticəsində noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri arasında imzalanan üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də azad olunub.

https://video.azertag.az/files/video/2021/2/16233053444939012756.mp4