İndiyədək “8 Noyabr” metro stansiyasına təqribən 2500 sərnişin daxil olub.

Elitinfo.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, eyni zamanda, sərnişindaşımanın bərpa olunduğu ilk həftə ərzində metropoliten 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyədək az sərnişin daşıyıb. Belə ki, qeyd edilən müddətdə orta hesabla gün ərzində 350-400 min civarında sərnişin metrodan istifadə edib.