İyunun 10-da “Gender Hub Azerbaijan” sosial platformasının və Fransanın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində professor Helene Perivierin təqdimatında “Fransa və Avropa əmək bazarındakı gender bərabərsizliyi: boşluqlar, trendlər, dövlət siyasəti və çağırışlar” mövzusunda onlayn konfrans keçiriləcək.

Elitinfo.az xəbər verir ki, konfransın keçirilməsində əsas məqsəd Azərbaycanda fəaliyyət göstərən, əmək bazarındakı boşluqlar və trendləri araşdıran tədqiqatçıların, iqtisadi sferada qadınların iştirakı ilə maraqlanan şəxslərin bu mövzuda xarici təcrübədən yararlanmalarına dəstək verməkdir.