Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanova Kazandakı məktəbdə baş verən atışma nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı məktubu göndərib.

Bu barədə Elitinfo.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Məktubda Tatarıstan Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilir.

Baş nazir, həmçinin faciə nəticəsində yaralananlara şəfa diləyib.