Mayın 9-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 25 min 625 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Elitinfo.az-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 3710, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 21915 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 687 min 397-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 5 min 678, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 681 min 719 nəfərdir.