Bu
gün Azərbaycan Meliorasiya Su Təsərrüfatı ASC- sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə 2021-ci il üzrərespublikanın rayonlarında əkilən pambıqsahələrinin su təminatı mövzusunda növbətivideokonfrans keçirilib.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifovun verdiyi məlumata görə, konfransda 2021-ci ilüzrə respublikanın rayonlarında əkilən pambıqsahələrinin dəqiqləşdirilməsi pambığın vegetasiya suvarmasına hazırlıqla bağlımüzakirələr aparılıb. Videokonfransda SəhmdarCəmiyyətin şöbə müdirləri pambıq əkilənrayonların yerli istismar idarələrinin rəhbərləriiştirak edib.

İclasda Səhmdar Cəmiyyətin sədr müavini ZakirQuliyev cari ildə əkilən pambıq sahələrinin yerli Dövlət Aqrar İnkişaf Mərkəzləri və şirkətlərlə birlikdə dəqiqləşdirilməsi, həmin sahələrə xidmət edən suvarma şəbəkələrində, nasos stansiyalarda və subartezian quyularında həyata keçirilən təmir işlərinin vaxtında başa çatdırılması, suvarmada olan çətinliklərin vaxtında aradan qaldırılması və mövcud su ehtiyatlarından daha səmərəli istifadə etməkləəkin sahələrinin suvarma suyu ilə təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.