Dekabrın 4-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Şəhər bir orqanizm kimi” mövzusunda mühazirə dinləniləcək.
Elitinfo.az xəbər verir ki, mühazirə “DRA&U” şirkətinin baş memarı və təsisçisi Corcio Pini və həmin şirkətin baş direktoru Conatan Arbibin iştirakı ilə gerçəkləşəcək.

Mühazirədə şəhərsalma və müasir cəmiyyət arasında yaranan kommunikasiya problemlərindən, memarlıq sənətinin əhəmiyyətindən danışılacaq. “DRA&U” şirkətinin fəlsəfəsi – həyatda güc və rahatlıq təmin edən, təşkilatın konsepsiyasına uyğun gözəlliyin təşviqidir. Hazırda şirkət Avropa, Şimali Afrika, Asiya və Cənubi Amerikanı əhatə edən bir çox ölkədə fəaliyyət göstərir.
Tədbir ingilis dilində Azərbaycan dilinə sinxron tərcümə ilə keçiriləcək.