Elitinfo.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda Elmi Nəşriyyat Şurasının iclası keçirilib.
İnstitutdan bildiriblər ki, iclasda şuranın sədri, bu elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov nəşriyyat şurasının fəaliyyəti, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. Bildirilib ki, son illərdə AMEA rəhbərliyinin diqqət və qayğısı nəticəsində müvafiq sahədə müəyyən uğurlu addımlar atılıb. Bu addımlardan biri də AMEA-nın institutlarında işıq üzü görən jurnalların bugünkü vəziyyətinin araşdırılması, dünyada elmi jurnallara qoyulan tələblərin müəyyənləşdirilməsi, ilkin müqayisəli təhlillərin aparılması və nəşrlərin müasir tələblərə uyğunlaşdırılması üçün səmərəli təkliflər hazırlanmasıdır.
Alim qeyd edib ki, “Azərbaycan riyaziyyat jurnalı”, “Riyaziyyat və Mexanika İnstitutunun əsərləri”, “Kimya problemləri” və “Neft kimyası və neft emalı prosesləri” jurnallarının “Web of Science”ın ilkin bazasına daxil edilməsi AMEA rəhbərliyinin bu sahəyə diqqət və qayğısının nəticəsidir.
Jurnallara baxış və məsul katiblərlə görüş zamanı mövcud çatışmazlıqlar da diqqətə çatdırılıb. Nəşriyyat şurasının fəaliyyətinin müasir tələblərə uyğun qurulmasının və elmi uğurların dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulanıb.
İclasda akademiklər Ramiz Məmmədov, Şahin Mustafayev, AMEA-nın müxbir üzvləri Əminağa Sadıqov, Ramiz Alıquliyev, Dadaş Hüseynov və başqaları çıxış edərək təklif və tövsiyələrini səsləndiriblər.
© Materiallardan istifadə edərkən hip