Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Elitinfo.az Rusiya və Türkiyə mediasına istinadla xəbər verir ki, söhbət zamanı Qarabağ məsələsi, həmçinin Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti, eyni zamanda, Suriyadakı vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Liderlər koronavirusla mübarizə, o cümlədən virusa qarşı Rusiya istehsalı olan “Sputnik” peyvəndinin tədarükü məsələlərini də müzakirə ediblər.