Artıq bir neçə gündür Türkiyədə COVID-19-a qarşı tətbiq olunan “tam qapanma” rejimi müsbət nəticələr verir. Belə ki, virus şikayətləri ilə ölkə xəstəxanalarına müraciət edənlərin sayı yarıya enib. Yoluxma saylarında azalma sürətinin daha da artması gözlənilir. Yaxın vaxtlarda bu vəziyyətin ağır xəstə və ölüm hallarına da təsir edəcəyinə inanırıq.

Elitinfo.az xəbər verir ki, bu fikirləri Türkiyənin səhiyyə naziri Fahrettin Koca Edirnə vilayətində keçirilən pandemiya ilə bağlı vəziyyətin dəyərləndirilməsinə dair toplantıda ifadə edib.
Ölkədə aparılan vaksinasiya prosesi haqqında məlumat verən nazir iyun ayından etibarən 40 yaşdan yuxarı və bu ilin yay aylarında isə 18 yaşdan yuxarı olanların peyvəndlənməsinin nəzərdə tutulduğunu bildirib.
Xəstəliyin qarşısının alınması üçün vaksinasiyanın əhəmiyyətli saya çatdırılmasının vacibliyini vurğulayan nazir burada növbəsi çatan hər vətəndaşın vaxtında peyvəndlənməsinin əsas rol oynadığını deyib.