Türkiyənin milli aviadaşıyıcısı “Türk Hava Yolları” (THY) şirkəti İstanbul-Gəncə istiqamətində mayın 15-dən etibarən birbaşa aviareyslərə başlayır.

Bu barədə Elitinfo.az-a şirkətdən bildirilib.

Məlumata görə, aviareyslər həftədə iki dəfə olmaqla çərşənbə axşamı və şənbə günü həyata keçiriləcək.

Qeyd edək ki, “Türk Hava Yolları” hazırda İstanbul-Bakı, Ankara-Bakı istiqamətində birbaşa aviareyslər həyata keçirir.

Xatırladaq ki, hazırda THY 226 istiqamət üzrə aviareyslər həyata keçirir.