Mayın 1-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 16 min 988 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Elitinfo.az-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 5391, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 11597 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 505 min 206-ya bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 971 min 523, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 533 min 683 nəfərdir.