“Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevlə görüş keçiriblər. Bu barədə İctimai Birliyin sədri Rahilə Mehtiyeva məlumat verib. O, qeyd edib ki, görüş zamanı rektor pandemiya səbəbindən dərslərin onlayn keçirildiyini , dərslərin texniki təminatı daha da təkmilləşdirilməsi, AzTU-da müvafiq istiqamətdə tədrislə bağlı da yeni qaydaların tətbiq edildiyini bildirib. O, eyni zamanda tələbələrin təhsillə yanaşı beynəlxalq layihələrdə, müsabiqələrdə, könüllülük prinsipi ilə gənclərin respublikamızda sosial, iqtisadi, mədəni, ictimai həyatda fəal iştiraklarını vurğulayıb. V.Vəliyev Azərbaycan Texniki Universitetinin elm və təhsildə qabaqcıl olduğu ilə bərabər, dövlət orqanları, qeyri –hökumət təşkilatları, beynəlxalq təşkilatlara müxtəlif sahələrdə geniş miqyaslı əməkdaşlıq edərək tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Görüşdə qarşılıqlı müzakirə zamanı rektor gələcəkdə AzTU-nin professor-müəllim, tələbə heyətinin “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi ilə birgə görüşlər keçirərək, daha geniş əməkdaşlıq çərçivəsində tədbirlər həyata keçiiləməsini vurğulayıb.