Yanvar-fevral aylarında qeyri-neft-qaz məhsullarının ixracı ötən ilin eyni ayları ilə müqayisədə faktiki qiymətlərlə 12,1 faiz artıb, real ifadədə isə 3,2 faiz azalaraq 331,3 milyon dollara bərabər olub.

Dövlət Statistika Komitəsindən Elitinfo.az-a bildirilib ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (32,3 faiz), Rusiyaya (25,8 faiz), İsveçrəyə (10,6 faiz), Gürcüstana (8,6 faiz), ABŞ-a (4 faiz), Çinə (2,9 faiz), Ukraynaya (1,7 faiz), Almaniyaya (1,5 faiz), Türkmənistana (1,3 faiz), İtaliyaya (1,2 faiz), İrana (1,1 faiz), Birləşmiş Krallığa (1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.