Aprelin 17-də saat 20 radələrində Ağdam rayonu ərazisindəki Ergi düzü deyilən yerdə qoyun otaran Arif Quliyev minaya düşüb. Nəticədə onun sol ayağı amputasiya edilib.

Daxili İşlər Nazirliyindən Elitinfo.az-a bildiriblər ki, A.Quliyev Ağcabədi rayon xəstəxanasına yerləşdirilib, hazırda həkimlərin nəzarəti altındadır.
DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələ ilə bağlı bildirib ki, vətəndaşlar bütün bu halları nəzərə alaraq işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərə icazəsiz, nəzarət postlarından kənar yollarla getməməlidirlər. Belə olan halda, bu cür faciəvi hallarla qarşılaşa bilərlər.