Bu gündən Dövlət İmtahan Mərkəzində (DİM) aprelin 15-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanları üzrə imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılıb.
Bu barədə Elitinfo.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanlarda yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.
Xatırladaq ki, imtahanlar Gəncə şəhərinin Kəpəz rayonunda, Ağdam, Hacıqabul, İsmayıllı, Qax, Qazax, Siyəzən, Tərtər, Xızı, rayonlarında, Lənkəran və Şirvan şəhərlərində təşkil olunub.
Siyasət
Mədəniyyət
Xəbər lenti
- DİM xarici ölkələrdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirəcək
21 Sentyabr 2023 17:48 - Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə 95 ölkədən məqalə qəbul olunub
29 Avqust 2023 23:16