Yol hərəkət iştirakçılarını əhatə edən maarifləndirmə və nəzarət-profilaktik tədbirlər çərçivəsində aprelin 9-dan başlayaraq Gəncə, Ağdam, Ağdaş, Ağstafa, Qazax, Qəbələ, Zərdab, Göygöl, Neftçala, Oğuz, Samux, Salyan, Tərtər, Tovuz, Xızı, Hacıqabul, Cəlilabad, Şamaxı və Şəki şəhər rayon polis orqanlarının Dövlət Yol Polisi qurumlarının əməkdaşları tərəfindən yollarda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə tədbirlər təşkil olunub.

Baş Dövlət Yol Polisi İdarəsindən Elitinfo.az-a verilən məlumata görə, bununla yanaşı, piyada keçidlərindən istifadə etməyərək öz həyat və sağlamlıqları ilə yanaşı digər hərəkət iştirakçılarına da təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb, kobud formada qayda pozuntusuna yol verən piyadalar barəsində inzibati xəta haqqında protokollar tərtib edilib.
Bununla yanaşı, qanunla nəzərdə tutulmuş hallarda yollarda piyadalara yol verməyən sürücülər də müəyyənləşdirilərək barələrində inzibati tənbeh tədbirləri görülüb, yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi bir daha onların diqqətinə çatdırılıb.