Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib. Elitinfo.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, yanvar-oktyabr aylarında ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya ixrac 4 milyard 426 milyon 747 min ABŞ dolları, Türkiyəyə 1 milyard 480 milyon 33 min dollar, İsrailə isə 1 milyard 895 min dollar dəyərindədir.
Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 4 milyard 700 milyon 933 min ABŞ dolları, Türkiyə ilə 2 milyard 789 milyon 690 min dollar, Rusiya ilə isə 1 milyard 992 milyon 89 min dollar dəyərində olub.