“Baytarlıq haqqında” Qanuna əsasən baytarlıq preparatlarının, onlara aid sənəd və materialların ekspertizası və qeydiyyat sınağının nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət reyestrinə daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat şəhadətnaməsinin verilməsi Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Elitinfo.az-a verilən məlumata görə, aprelin 5-dən 8-dək ümumilikdə 16 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb.
Onlardan 2-si Rusiya, 1-i İsrail, 1-i Avstriya, 12-si isə İtaliya istehsalıdır.